Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza rayonun Musaküçə kəndi ərazisində qeydə alınıb.
Sakit İsmayılovun idarə etdiyi “Subaru” markalı minik avtomobili Məzahir Əkbərovun idarə etdiyi “ZİL” markalı yük maşını ilə toqquşub.
Nəticədə “Subaru”nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan 1966-cı il təvəllüdlü sərnişin Taleh Həsənov isə hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.