"Sabah" Fransa klubuna qalib gəldi

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasında ilk qələbəsini qazanıb.

Azərbaycan çempionu müntəzəm mövsümün III turunda Fransanın “Nanter” klubu ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında keçirilən qarşılaşma Bakı təmsilçisinin 87:80 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Sabah” əvvəlki iki turda Litvanın “Ritas” klubuna 73:82 və Türkiyənin “Trabzonspor” komandasına 83:100 hesabları ilə uduzub.