Milli Məclisin komitəsi yeni ombudsmanın seçilməsi məsələsini müzakirə edəcək

Milli Məclisin İnsan hüquqları komitəsinin oktyabrın 30-da keçiriləcək iclasının gündəliyinə yeni ombudsmanın seçilməsi məsələsi daxil edilib.

Gündəliyə “Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında” məsələ salınıb.

Azərbaycanın hazırkı İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva 2019-cu il noyabrın 29-da bu vəzifəyə seçilib. Qanunvericiliyə əsasən, ombudsman 7 il müddətinə seçilir və eyni şəxs bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz.