Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Bakı, 27 oktyabr, AZƏRTACSon 35 ildə Azərbaycan mürəkkəb sınaqlardan keçib. Ölkəmiz müstəqilliyini möhkəmləndirib, iqtisadi və hərbi potensialını artırıb, beynəlxalq münasibətlərdə öz mövqeyini gücləndirib. Bu gün ideoloji təhlükəsizlik məsələsi yalnız milli dəyərlərin qorunması deyil, həm də informasiya müharibələrinə, dezinformasiyaya və cəmiyyət daxilində parçalanma yarada biləcək təsirlərə qarşı dayanıqlılıq deməkdir. Dövlətimizin başçısının ölkəmizə mühazirə oxumaq istəyənlərə ünvanladığı mesajın siyasi mahiyyəti də məhz buradadır.Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.