Həsrət Cəfərov qazaxıstanlı güləşçiyə uduzdu

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatını mükafatsız başa vurub.

67 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Qazaxıstan təmsilçisi Bağdat Sabazla üz-üzə gəlib.

Rəqibinə 5:8 hesabı ilə məğlub olan H.Cəfərov beşinci yerlə kifayətlənib.

Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.