"Bütün günü qaçaqaçdayam, nəvələrimi yolüstü görürəm" - FOTO+ÖZƏL

"Doğum günümü evdə, doğmalarımla, ailə üzvlərimlə birlikdə qeyd edirəm. Onlar məni təbrikə gəliblər. Xüsusi, dəbdəbəli ad günü etmirəm. Ev atmosferindəyik, evdə yığışmışıq"

Bunu açıqlamasında tanınmış aktrisa, Əməkdar artist Dilarə Əliyeva bildirib.

O daha sonra əlavə edib:

"Sevənlərimə, sevdiklərimə can sağlığı arzulayıram. Heç vaxt istəklərimi maddiyat üzərində kökləyib deyə bilmərəm ki, bunu istəyirəm, onu istəyirəm. Zatən bu özü-öz axarında olur. Nəyəsə ehtiyacım və tələbatım yaranırsa onu əldə edirəm. Bunun üçün xüsusi, özəl gün gözləmirəm" deyə bildirib.

Sevilən aktrisa "Bu qədər işi necə çatdırırsız?" sualına özünəməxsus cavab verib:

"Çatdırıram. Qaça-qaça çatdırıram. Elə qaçaqaçda oluram. Yolüstü nəvələrimi də görməyə vaxt edirəm" deyə aktrisa bildirib.