Ərdoğanla Tramp arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, liderlər Türkiyə-ABŞ ikitərəfli münasibətlərini, eləcə də regional və qlobal prosesləri müzakirə ediblər.

Ərdoğan Türkiyə ilə ABŞ arasında əlaqələrin inkişafı üçün bütün sahələrdə əməkdaşlığın gücləndiriləcəyini bildirib.

Telefon danışığı zamanı Məkkə sazişi çərçivəsində Hörmüz boğazı və Yəməndəki proseslərin yaxından izlənildiyi, problemlərin diplomatik yolla həlli üçün səylərin göstərildiyi qeyd olunub.

Həmçinin Türkiyənin Rusiya-Ukrayna arasında diplomatik prosesin yenidən canlandırılması və müharibənin danışıqlar yolu ilə başa çatdırılması istiqamətində görülən işlərə dəstək verməyə hazır olduğu vurğulanıb.