Ərdoğan Trampla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Söhbət zamanı Türkiyə-ABŞ münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan iki ölkə arasındakı əlaqələrin inkişafı üçün müxtəlif sahələrdə əməkdaşlığın gücləndiriləcəyini bildirib.

Tərəflər Məkkə sazişi çərçivəsində Hörmüz boğazı və Yəməndə baş verən prosesləri də müzakirə ediblər. Problemlərin diplomatik yollarla həlli istiqamətində səylərin davam etdirildiyi vurğulanıb.

Bundan əlavə, Ərdoğan Türkiyənin Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması və tərəflər arasında diplomatik danışıqların yenidən canlandırılması istiqamətində aparılan təşəbbüslərə dəstək verməyə hazır olduğunu qeyd edib.