Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan “KİA” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.
Qəza zamanı sürücü; 1967-ci il təvəllüdlü B. Nuruyev hadisə yerində ölüb, onun həyat yoldaşı Ə. Nuruyeva isə xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır./Apa/