Azyaşlının qolundan tutub diva vurur. Daha sonra divanda əyləşib onunla kobud davranır.
Bununla bağlı görüntülər paytaxtın Badamdar qəsəbəsində yerləşən "EOS Junior" uşaq bağçasındandır.
Görüntülərlə bağlı "Xəzər Xəbər"ə danışan valideyn iddia edib ki, uşaqlara qarşı zorakılıq edən şəxs bağçanın direktorudur.
Onun sözlərinə görə, həmin qadınla bağlı dəfələrlə şikayət edilsə də, o, uşaqlara qarşı zorakılıq göstərməkdə davam edib:
Valideynlər bağçaya hər uşaq üçün 200 manat ödədiklərini, bunun qarşılığında isə azyaşlılara heç bir diqqqət göstərilmədiyini, əksinə, uşaqların müəssisədə sarısıntı keçirdiklərini bildiriblər.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında: