İlon Mask ABŞ demokratiyası üçün ölümcül təhlükə yaradır.
Bu barədə “Nation” nəşrində dərc edilən məqalədə bildirilib.
“Dünyanın ən varlı insanı öz sərvətindən seçkilərə təsir etmək, Konqresi hədələmək və qlobal güc balansını dəyişdirmək üçün istifadə edir. Eyni zamanda, o, demokratiyanın özünü tənqid edən iri texnologiya şirkətlərinin rəhbərlərinə açıq şəkildə dəstək ifadə edib.
Mask misli görünməmiş geosiyasi təsir gücünə malikdir. Buna səbəb onun "SpeysX" şirkətində səhmlərin 80%-dən çoxuna sahib olmasıdır. Bu da ona aparıcı peyk internet xidməti olan "Starlink" üzərində nəzarət imkanı verir. Bir müddət öncə Mask cəbhə xəttindəki Ukrayna hərbçiləri üçün əlaqə imkanlarını məhdudlaşdırmışdı. Eyni zamanda, o, Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələrlə bağlı həddini aşdığını iddia edərək, bu ölkəyə qarşı fikirlər səsləndirdi.
Qeyri-sabit davranışlı, üstəlik, heç kim tərəfindən seçilməmiş Maskın bizim adımızdan xarici siyasət yürütməyə heç bir haqqı yoxdur. Onun bunu etmək imkanı isə təkcə Ukrayna üçün deyil, həm də Amerikadakı demokratiya üçün təhlükə yaradır. İlon Mask siyasətdə bir uğursuzluqdur”, - məqaladə qeyd olunub.