“Atam bunların heç birini görə bilmədi”.
Bu sözləri Əməkdar artist, aktrisa Dilarə Əliyeva deyib.
Doğum gününü qeyd edən Dilarə dünyadan vaxtsız köçən atasını xatırlayaraq canlı yayımda göz yaşı töküb:
“Ömür vəfa etsəydi, atam uşaqlarının, ağıllı balalarının hamısının gözəl günlərini, uğurlarını görəcəkdi. Amma elə yolun başında, biz həddi-buluğa çatar-çatmaz dünyasını dəyişdi və bunların heç birini görə bilmədi. Qismət olmadı. Amma biz dörd övlad olaraq atamızın ruhunu şad etməyi bacardıq. Allah anamın canını sağ eləsin, o, bizim başımızın tacıdır, ürəyimizdir. Biz, dörd övlad onun üzünü güldürmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”.