20 istiqamətdə tıxac var- SİYAHI…

Paytaxt Bakının 20 küçə və prospektində tıxac müşahidə olunur.

Bu barədə NİİM məlumat yayıb.

Hazırda:

1. Bülbül prospekti, “Sahil” metro stansiyasının qarşısında;

2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

3. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

4. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

5. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

10. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

11. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

12. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

13. Niyazi küçəsi, “İçərişəhər” metro stansiyası istiqamətində;

14. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

15. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

16. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

17. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

18. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;

19. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

20. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.