İpoteka kreditlərinin həcmi açıqlandı

Bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 370,7 milyon manat kredit verilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 5,6 % azalaraq 289,3 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 27,3 % azalaraq 400 milyon manata düşüb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 33,4 % artaraq 63,9 milyon manata çatıb.