Ermənistanın Vayots Dzor vilayətinin hərbi komissarı Qaqik Qriqoryan həbs edilib. O, çağırışçının qanunsuz şəkildə hərbi xidmətdən möhlət almasına görə rüşvət almaqda ittiham olunur.
Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Bildirilib ki, Qaqik Qriqoryanla yanaşı, daha iki nəfər də saxlanılıb.
Hərbi komissarın həbs olunması barədə daha əvvəl “Hraparak” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Qaqik Qriqoryan Ermənistanın müdafiə nazirinin müavini Arman Sarkisyanın yaxın çevrəsinə daxil olan şəxslərdən biridir.