Məşhur amerikalı repçi Jay-Z 14 fevral 2027-ci ildə Kaliforniyadakı "SoFi" Stadionunda keçiriləcək "Super Bowl" matçının fasilə şousunda səhnəyə çıxacaq.
Bu haqda "NFL" məlumat yayıb.
Şounun prodüserliyini özünün təsis etdiyi "Roc Nation" şirkəti vasitəsilə 2019-cu ildən bəri həyata keçirən müğənni, 7 illik əməkdaşlıqdan sonra ilk dəfə özü səhnə alacaq.
Müğənni 1996-cı ildə işıq üzü görən "Reasonable Doubt" adlı ilk albomundan bu böyük səhnəyə qədər uzanan karyerasını "dünyanın ən böyük səhnəsində 30 illik musiqi, əmək və mədəniyyət" ifadəsi ilə qiymətləndirib.
Jay-Z karyerası ərzində 25 "Qremmi" və 4 "Emmi" mükafatı qazanıb.
O, "Qremmi"yə ən çox namizəd olan sənətçilər siyahısında həyat yoldaşı Beyonsedən sonra 2-ci sıradadır.
Qeyd edək ki, şounun quruluşçu rejissoru Hamiş Hamilton olacaq.