Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.Oxu24.com-un məlumatına görə, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.1998-ci il təvəllüdlü Pərvin İsmayılov anasını, atası, 1966-cı il təvəllüdlü Ağabala İsmayılovu və qardaşının həyat yoldaşı, 1988-ci il təvəllüdlü Təranə İsmayılovanı bıçaqlayıb.Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.Hadisəni törətməkdə şübhəli bilinən Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı araşdırma aparılır.Apa