Bakıda skuterin iştirakı ilə qəza olub.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Axar.az-a verilən məlumata görə, bu gün səhər saat 04:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Aqşin Mirzəbəyli idarə etdiyi “Toyota” markalı avtomobillə skuter sürən Abdulla Əliyevi vurub.
Svetoforla nizamlanan piyada keçidində kobud qayda pozuntularının müşayəti ilə baş verən qəzada 23 yaşlı A.Əliyev hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha skuter və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarının həyat əhəmiyyətli olduğunu unutmamağa, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır", - məlumatda deyilir.