Finlandiya və Norveç liderlərinin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqları avropalı müttəfiqləri ilə razılaşdırılmamışdı.
Bu barədə Danimarka Baş naziri Mette Frederiksen deyib.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışığı aparıb.