Bakı, 27 oktyabr, AZƏRTAC Azərbaycanda və Qazaxıstanda film çəkilişi təcrübəmiz olub. Bu prosesdə bir sıra boşluqların olduğunu gördük. Çünki bu cür layihələr əvvəllər həyata keçirilməyib.AZƏRTAC xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən biznes dialoqunda Qazaxıstanın "Alem Entertainment GP” şirkətinin təsisçisi və baş icraçı direktoru Yernur Rısmaqambetov deyib.O bildirib ki, xüsusilə pandemiyadan sonra yerli məzmuna maraq artıb. Belə ki, Qazaxıstanda 10 il əvvəl kinoteatrlarda nümayiş etdirilən filmlərin 85 faizi Hollivud və qonşu ölkələrin istehsalı olduğu halda, hazırda həmin yeri yerli istehsalçıların çəkdiyi ekran əsərləri tutur.Yernur Rısmaqambetov qeyd edib ki, tamaşaçılar artıq yalnız Hollivud ulduzlarını deyil, özlərinə yaxın olan insanları və həyatları ilə əlaqələndirə bildikləri hekayələri görmək istəyirlər. Qazaxıstanın bazarı böyük layihələrin istehsalı üçün kifayət etmədiyindən yerli prodüserlərin, aktyorların və istehsal şirkətlərinin dəstəklənməsi, onların hekayələrini dünyaya çatdırması fondun əsas məqsədlərindən biridir:”Hazırda müşahidə etdiyimiz digər bir tendensiya da var: dünyaya baxışımız böyük ölçüdə izlədiyimiz filmlərin təsiri ilə formalaşır və bu filmlərin əksəriyyəti Hollivud istehsalıdır. Məsələn, Yaxın Şərq və ya Azərbaycan haqqında təsəvvürlərimizin bir çoxu mən bura gəlməzdən əvvəl izlədiyim filmlər əsasında formalaşmışdı. Dünya haqqında təsəvvürlərimiz uzun müddət mərkəzləşdirilmiş məzmun istehsalının təsiri altında olub və başqaları bizim əvəzimizə dünyanı necə görəcəyimizi müəyyənləşdiriblər. İndi isə müşahidə edirik ki, hər bir ölkə, hər bir xalq və hər bir mədəniyyət öz hekayəsini özü danışmaq istəyir". Onun sözlərinə görə, hazırda hər bir ölkənin, o cümlədən Azərbaycanın yaradıcı sənayelərini inkişaf etdirməyə böyük maraq göstərilən bir mərhələdəyik. Məqsəd formalaşmaqda olan yeni dünya düzənində öz sözlərini demək və səslərini eşitdirməkdir.Azərbaycanda və Qazaxıstanda film çəkilişi zamanı qarşılaşdıqları çətinliklərə toxunan natiq bildirib ki, layihənin uğur qazanacağına şübhə ilə yanaşanlar çox olub. Lakin layihənin reallaşmasında şəxsi münasibətlər, qarşılıqlı etimad və iştirakçıların birbaşa səyləri mühüm rol oynayıb.O ümidvar olduğunu bildirib ki, bu təcrübə gələcəkdə dövlətin müvafiq ekosistemin formalaşdırmasına və belə layihələrin daha müntəzəm həyata keçirilməsinə əsas ola bilər: "Dünya hazırda yeni münasibətlər sisteminin formalaşması mərhələsindədir. Belə layihələri dəstəkləyən körpülər, institusional əlaqələr və proqramlar hələ mövcud deyil. Buna görə də, bu keçid dövründə əsas rol oynayan amil insanlar arasında birbaşa ünsiyyət, qarşılıqlı etimad və şəxsi münasibətlərdir. Biz bu layihəni konkret insanların fəal iştirakı sayəsində bir araya gətirə bildik. Layihənin uğurla başa çatmasından çox məmnunuq və ümid edirik ki, bu təcrübə gələcəkdə uğurlu nümunə olacaq.mİnanırıq ki, sonrakı mərhələdə dövlət də həmin təcrübədən yararlanaraq müvafiq ekosistemin formalaşdırılmasına töhfə verə bilər. Beləliklə, bu cür layihələrin müntəzəm şəkildə həyata keçirilməsi mümkün olar". Müxbirlər - Göyçək Mahmudlu, Vüsalə Səfərova, Mikayıl Məmmədov Fotoqraf - Səfiyar Məcnun, Orxan Kərimov Videooperator – Ələkbər Baxşiyev
Bu gün
229 xəbər bu gün
ABŞ hərbi gəmiləri İranın onların yüzlərlə kilometr uzaqlaşması barədə bəyanatlarına baxmayaraq, Hörmüz boğazında və ətraf sularda tapşırıqları yerinə yetirməyə davam edir. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi…
İnstaqram platformasında uzunformatlı videoların paylaşılması ilə bağlı yeni funksiya sınaqdan keçirilir. Bu barədə “Variety” nəşri məlumat yayıb. ABŞ-da sınaqdan keçirilən yenilik istifadəçilərə 90 dəqiqəyədək videolar…
Bakı, 28 oktyabr, AZƏRTAC Sakit okeanda, Mariana adalarının cənubunda 5,8 bal gücündə zəlzələ qeydə alınıb.AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan şöbəsi…
Banan kaliumla zəngin meyvədir və qan təzyiqinin tənzimlənməsinə kömək edə bilər. Bir orta ölçülü bananda təxminən 422 milliqram kalium var. Bu mineral artıq natriumun orqanizmdən xaric olunmasına və qan damarlarının…
"İdmançı kimi qızıl medal qazanmağın, dünya çempionu olmağın arzusunda olmuşam. İki dəfə finalda məğlub olmuşam. Amma bu dəfə həqiqətən çox yaxşı hazırlaşmışdım və istəyimə nail oldum". Bunu Qazaxıstanın paytaxtı…
ABŞ Prezidenti Donald Tramp Venesuelanın 1 milyon barel neft daşıyan tankeri şəklində "hədiyyəsini" yaxın saatlarda Texas ştatının limanlarından birində qəbul etməyi planlaşdırır.
Astanada keçirilən güləş üzrə dünya çempionatında qızıl medal qazanaraq beşqat dünya çempionu olan Eldəniz Əzizli yarışla bağlı təəssüratlarını bölüşüb. Idmançı Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının…
Arıqlama preparatları sayəsində sərnişinlərin orta çəkisinin 10% azalması ABŞ-nin dörd ən böyük aviaşirkətinə ildə 580 milyon dollaradək qənaət etməyə imkan verə bilər.
Ежегодное обновление iPhone не имеет смысла - из-за высокой стоимости апгрейда и отсутствия важных нововведений. Об этом сообщает издание BGR, передает Day.Az со ссылкой на Lenta.ru.
Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfirini çağırıb və sentyabrın 14-də Braşovda törədilmiş təxribatla əlaqədar ona qəti etirazını bildirib.
Bakı, 28 oktyabr, AZƏRTAC ABŞ Prezidenti Donald Tramp zərurət yaranacağı təqdirdə İrana yenidən hücum etməkdən çəkinməyəcəyini bildirib.AZƏRTAC xəbər verir ki, o, bu barədə Texas ştatında tərəfdarları qarşısında çıxışı…
Oktyabrın 27-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının nümayəndələrinin hazırlıq iclası keçirilib. Bu barədə Bizim.Media-ya Baş…
Tualet kağızı yalnız məişətdə deyil, soyuducuda da əlavə vasitə kimi istifadə edilə bilər. Bu üsulun məqsədi artıq nəmi hopdurmaq və xoşagəlməz qoxuları azaltmaqdır. Lakin onun qoxuları aradan qaldırmaqda effektivliyi…
ABŞ administrasiyası Braziliyada keçirilən prezident seçkilərində məğlub olan Flaviu Bolsonaru və onun ailə üzvlərinə viza verib. Bu barədə Tramp administrasiyasının yüksəkvəzifəli…
Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında uğurla çıxış edən Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə dönüblər. "Report" xəbər ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılanma…
Uqandada ölkə tarixinin ən qəddar seriyalı qatillərindən biri və adamyeyən hesab edilən şəxs saxlanılıb.
İspaniya Kral Futbol Federasiyası
Estoniyada İsveç və Litvadan bitum tədarükünün dayandırılması səbəbindən ciddi asfalt qıtlığı yaranıb. Bu, Tallin hakimiyyətini bir sıra yol təmiri layihələrindən imtina etməyə məcbur edib. ERR dövlət teleradioyayım…
Braziliyada fermer ölkənin prezident seçkilərinin nəticələri ilə bağlı iş adamı ilə etdiyi mərcdən qırmızı rəngli yeni "Porsche" avtomobili udub. Bu, onun siyasi mərclərdən qazandığı artıq ikinci bahalı maşındır.
ABŞ-ın “Apple” şirkəti M6 prosessoru ilə təchiz edilən yeni 14 düymlük “MacBook Pro” noutbukunu təqdim edib. Şirkətin rəsmi açıqlamasına görə, yeni model bir dəfə enerji doldurulmaqla 24 saata qədər işləyə bilir. “Apple”…
Böyük Britaniyada minimum əməkhaqqının təxminən 4 faiz artırılması planlaşdırılır. Bu barədə “The Times” qəzeti məlumat yayıb. Məlumata görə, ölkənin maliyyə naziri Con Hili oktyabrın…
Polşa Prezidenti Karol Navrotski Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. İclasda ölkə ərazisində ABŞ-nin daimi hərbi bazasının tikintisinin müzakirəsi planlaşdırılır. Bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun…
Madrid “Real”ının hücumçusu Karlos Espi cari mövsümdə ilk dəfə əsas komandanın start heyətində meydana çıxa bilər. AS nəşrinin məlumatına görə, baş məşqçi Joze Mourinyo 21 yaşlı futbolçunun məşqlərdəki çıxışından razı…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Bu barədə Türkiyə Prezident Administrasiyası açıqlama yayıb. Liderlər Türkiyə-Fransa ikitərəfli münasibətlərini…
Большинство людей относятся к икоте как к досадной мелочи, которая быстро проходит сама. Однако этот рефлекс может быть не безобидным последствием поспешного обеда, а сигналом бедствия от внутренних органов.
Düyünü daha ləzzətli və ətirli hazırlamaq üçün su əvəzinə toyuq bulyonundan istifadə etmək olar. Bu üsul düyüyə zəngin dad verir və əlavə souslara ehtiyacı azaldır. Hazırlamaq üçün bir stəkan yuyulmuş düyüyə 1-1,25…
Çinin sosial şəbəkələrində süni intellekt vasitəsilə yaradılan rəqəmsal avatarlar populyarlaşıb. "Syaohay" adlandırılan bu obrazlar məktəbli geyimində və ya ağ köynəkdə, göz yaşları içində yoxsulluqdan danışan yeniyetmə…
Azərbaycan Dəmir Yolları (ADY) sərnişindaşıma xidmətlərinin keyfiyyətini yüksəltmək, hərəkət tərkibini yeniləmək və dəmir yolu ilə sərnişindaşıma coğrafiyasını genişləndirmək məqsədilə qatar parkını yeniləməyə davam…
Bakı, 28 oktyabr, AZƏRTAC Niderlandın paytaxtı Amsterdamda Soyuq müharibə dövrünə aid, 80 nəfərlik sığınacaq kimi nəzərdə tutulmuş bunker 300 min avroya satışa çıxarılıb. Əmlakı almaqda artıq 120 nəfər maraqlı olduğunu…