Quzey və Güney Azərbaycan birləşsə... VİDEO…

Quzey və Güney Azərbaycan birləşsəydi...

Medianews.az bildirir ki, İnstagram şəbəkəsində bu başlıq altında videomaterial yayılıb.

Anadolu türkcəsində hazırlanmış videoda deyilir ki, Quzey və Güney Azərbaycan birləşsə, Türkiyənin İranla sərhədi xəritədən silinir. İki yüz il əvvəl bir müqavilə ilə ikiyə bölünən Azərbaycan bütöv bir ölkəyə çevrilir.

Videoda Bütöv Azərbaycanın əhalisi yanlış olaraq “20 milyona yaxın insan, yəni Qazaxıstanın əhalisi qədər əhali” kimi göstərilir. Əslində isə Quzey Azərbaycanda 10 milyon, Güneydə isə 30 milyon azərbaycanlının yaşadığı bəllidir. Yəni gerçəkdə Quzeylə Güney birləşsə, söhbət 40 miyon əhalisi ola ölkədən gedə bilər.

Daha sonra videoda Bütöv Azərbaycanın ərazisi qeyd olunur: 209 min kvadrat kilometr ərazi.

Qeyd edilir ki, sərhədin hər iki tərəfindəki iki Culfa eyni ölkədə birləşir. Naxçıvan bölgəsi sərhəd-keçid məntəqəsi olmadan Bakıya bağlanır. Türkiyənin Azərbaycanla sərhədi 18 kilometrdən 547 kilometrə qədər uzanır. Təbrizdə saatlar yarım saat irəli çəkilir, təqvim isə 621 il irəli gedir, yəni Hicri təqvimdən Miladi təqvimə keçilir, telefonlar +994 kodu ilə işləməyə başlayır...

Instagram paylaşımıinstagram.com/reel/De8VBbQgNgj/