Bakı, 28 oktyabr, AZƏRTACMöhtəşəm “Turandot” tamaşasının Heydər Əliyev Sarayının səhnəsində premyerası böyük uğurla keçirilib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi Cakomo Puççininin məşhur operasının yeni səhnə quruluşunu təqdim edib. Opera Azərbaycanda 98 ildən sonra ilk dəfə səsləndirilib.AZƏRTAC-ın müxbiri ilə söhbətində çilidən dəvət olunmuş tenor Dieqo Qodoy Azərbaycan səhnəsindəki tamaşada iştirakından aldığı təəssüratları və yaşadığı duyğuları bölüşüb. Sənətçi premyeranın ikinci və üçüncü günlərində məşhur Kalaf partiyasını ifa edib. – Dieqo, Azərbaycana ilk dəfə gəlirsiniz. Təəssüratlarınız necədir? Şəhərimizi bəyəndinizmi?– Təəssüratlarım möhtəşəmdir. Bakı məni çox təəccübləndirdi, çünki inanılmaz dərəcədə gözəl şəhərdir. Burada müasirliklə ənənələrin vəhdəti valehedicidir və insana böyük ilham verir. Mən sənət adamıyam, ona görə də gözəlliyə xüsusi dəyər verirəm. Ölkənizdə insanların nə qədər qonaqpərvər olması da məni çox sevindirir. Hava limanında məni opera teatrının kollektivi qarşıladı. Günün istənilən vaxtı kömək etməyə hazırdırlar.Uzun yol gəlməyimə baxmayaraq, onların mehribanlığı sayəsində yeni mühitə uyğunlaşmaq mənim üçün xeyli asanlaşır. Məni, həqiqətən də, çox səmimi qarşıladınız.– Azərbaycanlı həmkarlarınızla işbirliyiniz necə gedir?– Ötən il Moldovada maestro Əyyub Quliyevlə tanış olduğumu qeyd etmək istəyirəm. Bir dəfə Yusif Eyvazovla da görüşmüşəm. Fransanın Oranj şəhərində keçirilən məşqlərin birində onu əvəz etmişdim. Beləliklə, tanış olduq və birlikdə vaxt keçirdik. Bu, mənim üçün çox xoş təcrübə idi.Əyyub Quliyevlə birlikdə Moldovanın Kişineu şəhərində Kalaf partiyasını ilk dəfə ifa etdim. Bakıdakı “Turandot” tamaşasında iştirak etmək üçün məni teatra məhz o tövsiyə etdi. Həmin debüt mənim üçün çox böyük əhəmiyyət daşıyırdı. Çünki bundan sonra bu partiyanı başqa opera səhnələrində də ifa etmək imkanım yarandı. Məsələn, hazırda dünyanın ən nüfuzlu opera teatrlarından birinin yerləşdiyi Ştutqartda.Maestro Quliyevlə işləmək mənə çox xoş oldu. Buradakı musiqiçilərin hazırlıq səviyyəsi yüksəkdir. Məncə, ən vacib məqam isə maestronun bütün fikirlərini və niyyətini çox aydın şəkildə çatdırmasıdır.Azərbaycanlı ifaçılarla ilk məşqim zamanı onların yüksək hazırlıq səviyyəsi məni təəccübləndirmədi. Çünki Azərbaycanda musiqi təhsilinin nə qədər ciddi olduğunu artıq bilirdim. Belə gözəl həmkarlarla işləmək imkanım olduğuna görə çox şadam. – Azərbaycanın “Turandot” tamaşası haqqında nə deyə bilərsiniz?– Ümumiyyətlə, ənənəvi səhnə quruluşlarını sevirəm. Müasir səhnə həllərinə də açığam, bir şərtlə ki, onlar həqiqətən uğurlu olsun. Bununla belə, orijinala sadiq qalan quruluşlara üstünlük verirəm. Rejissor Mikayıl Mikayılovun quruluşu çox xoşuma gəlir. İnsanların “Turandot”dan gözlədiyi də məhz budur. Ənənəvi üslubda hazırlanmış bu quruluş çox gözəl detallarla zənginləşdirilib. Məsələn, şahzadə Turandotun sarayında xidmət edən üç imperiya naziri — Pin, Panq və Ponqun obrazlarında komik elementlərdən istifadə olunması xüsusilə diqqətəlayiqdir. Rejissor əslində bu obrazların hər birinə fərdi xarakter verib. Bu, ifaçı kimi iştirak etdiyim üçüncü “Turandot” tamaşasıdır və indiyədək müxtəlif səhnə quruluşlarını görmüşəm. Deyə bilərəm ki, tamaşa ənənəvi üslubda olsa da, rejissorun fərdi yanaşması kiçik, lakin mühüm detallarda özünü göstərir. Bütün səhnələri bəyənirəm, amma xüsusilə öz obrazımın təqdimatını — Kalafın ariyalarının, əlbəttə ki, “Nessun dorma” ariyasının səhnələşdirilməsini vurğulamaq istərdim. Son duetin quruluşu da möhtəşəmdir. Mən duetləri çox sevirəm və Kalafla Turandotun duetləri xüsusilə xoşuma gəldi. Müasir elementlərdən istifadə olunması da çox maraqlıdır. Məsələn, ekranda nümayiş etdirilən fon təsvirləri buna nümunədir. Möhtəşəm baleti də ayrıca qeyd etmək istəyirəm. Səhnə tərtibatı da çox gözəldir. O, məhz əsərin orijinal librettosunda təsvir olunanları əks etdirir. Başqa sözlə, Mikayıl Mikayılov Turandotun orijinal süjetinə hörmətlə yanaşıb. Özümüzü, həqiqətən də qədim Çində hiss edirik. – Bəs geyim və dekorasiyalar haqqında nə deyə bilərsiniz?– Bilirsiniz, belə geyimlər və dekorasiyalar insanın təxəyyülünü oyadır, onu xəyallara dalmağa sövq edir. Axı Turandot bir mif, nağıl qəhrəmanıdır. Bu dekorasiyaların arasında, mifoloji Şərq dünyasında özümü sanki həmin aləmdə oynayan bir uşaq kimi hiss edirəm. Gəncliyimdə Şərq mifologiyasına və tarixinə çox böyük maraq göstərirdim. Buna görə də Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycanda olmaq mənim üçün xüsusi əhəmiyyət daşıyır. Müəyyən mənada “Turandot”un tarixi bu ölkənin formalaşmasına töhfə vermiş xalqların, o cümlədən köçəri xalqların tarixi ilə də bağlıdır.Bu mövzunu çox araşdırmışam. Yeniyetməlik illərində bu, mənim üçün əsl həvəs və maraq mənbəyi idi. İndi isə ümid edirəm ki, Azərbaycanın tarixini daha yaxından öyrənmək üçün vaxtım olacaq.– Kalaf obrazından danışarkən, onun haqqında nə düşünürsünüz? Kalaf olmaq, bu obrazı canlandırmaq və onun partiyasını ifa etmək sizin üçün nə deməkdir?– Kalaf bir rəmzdir. Qəhrəmanlıq rəmzi. Mən deyərdim ki, o, qəhrəman arxetipidir.Bu gün biz bunu bir qədər unuduruq, çünki kinonun və onunla bağlı hər şeyin təsiri altındayıq. Halbuki qəhrəmanlıq bizim öyrəşdiyimiz superqəhrəman obrazlarından daha geniş məna daşıyır. Kalaf superqəhrəman deyil, amma o da bir rəmzdir.Düşünürəm ki, Puççini gecə ilə gündüz arasında özünəməxsus mübarizəni göstərmək istəyib. Kalaf günəşi, Turandot isə ayı təcəssüm etdirir. Tenor üçün Kalaf partiyası opera sənətinin əfsanəvi partiyalarından biridir. Opera tarixinin ən məşhur ariyalarından olan “Nessun dorma”nı ifa etmək böyük məsuliyyətdir.Amma Puççini, əlbəttə ki, bütöv bir partiya yazıb və Kalaf obrazı təkcə “Nessun dorma” ariyasından ibarət deyil. Bu rolda həm vokal, həm də aktyorluq baxımından son dərəcə mürəkkəb çoxsaylı məqamlar var. Bu, opera sənətində xüsusi yer tutan partiyadır və onu ifa etmək böyük məsuliyyət tələb edir. Tenor üçün isə əsl sınaqdır.Lakin Moldovada debüt etdikdən sonra bu rolda özümü getdikcə daha inamlı hiss edirəm. Hər yeni ifa zamanı obraza daha yaxşı yiyələnir və bu partiyanı oxumaqdan daha çox zövq alıram.– Teatrların xarici ölkələrdən sənətçilər dəvət etməsi nə dərəcədə vacibdir? Məsələn, bizim teatr sizi dəvət edib. Belə əməkdaşlığın bu gün teatr və mədəniyyət üçün əhəmiyyəti nədədir?– Bu, çox vacib məsələdir, çünki opera universal sənət növüdür və bütün dünyanın mədəni sərvətidir.Opera yalnız İtaliyaya məxsus deyil, baxmayaraq ki, məhz orada yaranıb. Sonralar fransızlar fransız operasını, almanlar alman operasını, ruslar rus operasını və sairəni yaradıblar. Lakin bu gün opera bütün bəşəriyyətin ortaq mədəni irsidir. Ölkələr arasında əlaqələr qurmaq və vahid dil vasitəsilə körpülər yaratmaq imkanımızın olması çox gözəldir. Axı opera da bir növ dildir — universal ünsiyyət dilidir.Burada müxtəlif insanlarla qarşılaşıram: bəziləri rusca, digərləri azərbaycanca danışır, kimlərsə ingiliscə və ya italyanca ünsiyyət qurur. Lakin opera dili sayəsində hamımız bir-birimizi başa düşürük. Bu dil musiqini, teatrı və dramatik sənəti birləşdirir. Məncə, bu irsi qoruyub saxlamaq çox vacibdir.Qeyd edək ki, oktyabrın 25-də Dieqo Qodoy Azərbaycan Respublikasının Əməkdar artisti, Turandot rolunu ifa edən Fəridə Məmmədova ilə eyni səhnəni bölüşüb. Dirijor pultu arxasında Azərbaycanın Əməkdar artisti maestro Əyyub Quliyev olub. Oktyabrın 27-də isə çilili tenorla duetdə Turandot partiyasını Azərbaycanın Əməkdar artisti İlahə Əfəndiyeva ifa edib. Həmin gün dirijor pultu arxasında maestro Mustafa Mehmandarov dayanıb. Müəllif – Anara Axundova
Bu gün
335 xəbər bu gün
Astara rayonunda "TikTok"da başqa qadınla yazışan kişi həyat yoldaşını döyərək onun qolunu sındırıb.
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Zülalın qəbulu toxluq hissini uzadaraq iştahanın idarə olunmasına kömək edə və məşqlərlə birlikdə yağ itkisini dəstəkləyə bilər. Lakin arıqlamanın əsas şərti gün ərzində sərf ediləndən daha az kalori qəbul etməkdir…
Bakı, 30 oktyabr, AZƏRTAC Şükürlər olsun Allaha ki, bu günü gördük! 30 ildən sonra öz torpaqlarımıza, öz yurdumuza gedirik. Gecə-gündüz Allaha yalvarırdıq ki, bizi doğma torpaqlarımıza qovuşdursun. Bu gün arzumuz…
Bakı, 30 oktyabr, AZƏRTAC Magistral qaz kəmərində aşkar edilmiş sızmanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 30-da paytaxtın Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz təchizatında müvəqqəti fasilə…
Bakı, 30 oktyabr, AZƏRTAC Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir…
Bakıda 31 yaşlı kişi bıçaqlanıb.
Из‑за меняющихся условий у нерп повышается риск развития эпизоотии.
В американском штате Орегон три человека погибли при столкновении двух вертолетов. Как передает Day.Az со ссылкой на американские СМИ, в одном из вертолётов находились 22-летняя летный инструктор из Техаса и ее ученик…
В Нидерландах строительная компания использует роботов для возведения домов с изогнутыми стенами, необычными узорами кирпичной кладки и выгравированными надписями. Роботы укладывают каждый кирпич, обеспечивая точность и…
Очередная группа бывших вынужденных переселенцев отправлена в город Агдам и село Гузейхырман Ходжавендского района. Как передает Day.Az со ссылкой на Trend, на данном этапе 70 семей (238 человек) переселены в город…
Ağdam şəhərinə, Xocavənd rayonunun Quzeyxırman kəndinə növbəti köç karvanları yola salınıb. Bu mərhələdə Ağdam şəhərinə 70 ailə - 238 nəfər, Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə - 34 nəfər köçürülüb.
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsinə namizədlərin kimliyi məlum olub.
2026-cı ilin 9 ayında qanunsuz dövriyyədən 6 ton 443 kiloqram narkotik vasitə çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyində oktyabrın 29-da keçirilən Kollegiya iclasında məlumat verilib. Bildirilib ki, hesabat dövründə…
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası…
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası…
Gözəllik diqqəti cəlb edə bilər, amma münasibətlərin nə qədər davam edəcəyini çox vaxt şəxsiyyət müəyyən edir. Populyar astrologiyada müəyyən bürc qadınlarının xüsusilə çətin xasiyyətlərə malik olduğu düşünülür. Onlar…
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu mərhələdə Ağdam şəhərinə 70 ailə - 238 nəfər, Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə - 34…
ABŞ-nin Oreqon ştatında iki helikopterin havada toqquşması nəticəsində üç nəfər həlak olub. Bu barədə Yamhill dairəsi şerifinin ofisinin mətbuat xidməti məlumat yayıb…
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 2. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov…
ABŞ-nin Oreqon ştatında iki helikopterin toqquşması nəticəsində üç nəfər ölüb. "Associated Press"ə istinadən, qəza 29 oktyabrda yerli vaxtla təxminən saat 14:10-da (Bakı vaxtı ilə saat 30 oktyabrda, saat 01:10) Makminvil…
İngiltərənin "Liverpul" klubu "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakova maraq göstərir. Mersisayd təmsilçisinin skautları futbolçunun çıxışını canlı izləmək üçün Çempionlar Liqasının oyununa xüsusi hazırlıq…
Göyçay, Salyan, Qazax, Şəmkir, Tovuz və Masallı rayonlarının bir sıra ərazilərində qaz təchizatında müvəqqəti fasilələr yaranacaq.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Gələn ildən bəzi dövlət-hökumət ödənişlərində vətəndaşdan xiddmət haqqı tutulmayacaq. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə deyib.Qeyd olunub ki, indiki dövrdə təqribən 14 dövlət-hökumət…
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam…
Партия "Ликуд" премьер-министра Израиля Биньямина Нетаньяху лидирует по итогам подсчета 100% бюллетеней на парламентских выборах, прошедших 27 октября. Как передает Day.Az, об этом свидетельствуют предварительные данные…
"Одной из главных причин успешного и стабильного развития Азербайджана является гармония в нашем обществе. Представители всех этнических групп и всех религий не только пользуются равными правами в соответствии с нашей…
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu mərhələdə Ağdam şəhərinə 70 ailə - 238 nəfər, Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə - 34…
“Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli Meksika Qran-prisində “Formula-1” üzrə dünya çempionu adını qazana bilər. Sfera.az xəbər verir ki, 2026-cı il mövsümünün 19-cu mərhələsi olan Meksika Qran-prisinə…
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb.
Mozambikdə müsəlman qadınların şəxsiyyət vəsiqəsi və pasport üçün hicabla foto çəkdirməsinə icazə verilməsi məsələsi parlament səviyyəsində müzakirəyə çıxarıla bilər. Ölkənin İslam Şurası bununla bağlı parlament…
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Orta Dəhlizlə bağlı dayanıqlı nəqliyyat layihələrinin həyata keçirilməsində maraqlıdır. Bu barədə AYİB-in Qafqaz üzrə yeni regional rəhbəri Tea…
Nikolay Patruşev
Misli Premyer Liqasında X tur start götürür. Turun ilk oyununda 30 oktyabr saat 18:30-da Tovuz şəhər stadionunda "Turan Tovuz" və "Sabah" qarşılaşacaq.