Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq

Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq.

Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Yarışda 16 klub və idman cəmiyyətindən 88 cüdoçu qüvvəsini sınayacaq.

Qeyd edək ki, turnirin keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.