Masallıda əməliyyat - Həbs edilən var

Masallı rayonunda polis narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirib.

Tədbirlərlə saxlanılan E.Mirzəyevdən 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.