Dövlət başçısı: Azərbaycan tarixən həmişə multikultural ölkə olub

Azərbaycan tarixən həmişə multikultural ölkə olub.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bildirib.

“Mədəniyyətlərarası və dinlərarası münasibətlərlə bağlı məsələlər gündəliyimizin əsas prioritetləri sırasındadır. Azərbaycan tarixən həmişə multikultural ölkə olub. Biz Avropa ilə Asiyanın arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü rolunu oynayıb. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı və yüksək qiymətləndirdiyi dəyərlərdir. Azərbaycanın uğurlu və sabit inkişafının əsas səbəblərindən biri də cəmiyyətimizdəki həmrəylik və harmoniyadır. Bütün etnik qrupların və dinlərin nümayəndələri Konstitusiyamıza uyğun olaraq? eyni hüquqlardan istifadə etməklə yanaşı, vahid ailə kimi yaşayırlar”, – dövlət başçısı qeyd edib.