MİDA Naxçıvanda 5 yaşayış binası inşa edəcək – 18 milyon manata başa gələcək

MİDA Naxçıvanda 18,1 milyon manatlıq yaşayış binaları tikəcək.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Naxçıvan şəhərində çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı satınalma müsabiqəsi elan edilib.

Layihə Naxçıvan şəhərində Əliqulu Qəmküsar küçəsi ilə Babək məhəlləsinin kəsişməsində yerləşən 4,98 hektar ərazidə 7, 8, 9, 10 və 11 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisini nəzərdə tutur.

Satınalmanın ehtimal olunan qiyməti 18 095 561,48 manat təşkil edir.