“Bitcoin”in SON qiyməti

Kriptovalyuta bazarında son günlər qeydə alınan ucuzlaşmadan sonra müəyyən bərpa müşahidə olunur. Əsas rəqəmsal aktivlərin əksəriyyəti son 24 saat ərzində bahalaşıb.

“CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son sutkada 0,28% bahalaşaraq 79 657,76 ABŞ dollarına yüksəlib.

Bununla belə, kriptovalyutanın qiyməti son 7 gündə 2,88%, son 30 gündə isə 5,60% azalıb.

“Ethereum” 0,57% bahalaşaraq 2 309,90 dollara, BNB 0,50% artaraq 737,89 dollara çatıb. “Zcash” 3,48% yüksələrək 1 220,54 dollara, “Monero” isə 2,33% bahalaşaraq 602,67 dollara yüksəlib.