Avropa İttifaqı ticarət kəsiri ilə əlaqədar Çindən mal idxalını məhdudlaşdırmaq üçün yeni tədbirlər görməyi planlaşdırır.
Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, yeni tədbirlər 2027-ci ilin birinci rübündən qüvvəyə minəcək.
Oktyabr ayında Çindən hibrid avtomobillərin idxalına illik 350 min ədəd həcmində limit müəyyən edilib.
Yeni məhdudiyyətlər idxal kvotalarının tətbiqi və ya əlavə gömrük rüsumlarının müəyyənləşdirilməsi yolu ilə həyata keçirilə bilər.