Gürcüstandan xarici ölkələrə pul köçürmələrinin həcmində Azərbaycan ilk yerdə qərarlaşıb. 2026-cı ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 57 milyon dollar vəsait köçürülüb.
Bu barədə Gürcüstan Milli Bankının açıqladığı statistikada bildirilib.
Məlumata əsasən, Gürcüstandan xaricə pul köçürmələrinin ümumi həcmi 2026-cı ilin ilk doqquz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz artıb. Belə ki, hesabat dövründə xarici ölkələrə ümumilikdə 322,4 milyon dollar göndərilib. 2025-ci ilin eyni dövründə bu göstərici 301,7 milyon dollar olub.
Gürcüstandan ən çox pul köçürülən ölkələr arasında Azərbaycan 57 milyon dollarla birinci yerdə qərarlaşıb. Türkiyə 53,9 milyon dollarla ikinci, Rusiya 29,9 milyon dollarla üçüncü olub.