Türkiyə və region ölkələri fəlakəti dayandıra biləcəkmi? – Böyük MÜHARİBƏ QAPIDA!

“ABŞ ordusu İrana müdaxilə üçün Trampın əmrini gözləyir”

Bu sözləri Yenicag-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib

Politoloq region ölkələrinin təkidinə rəğmən Trampın yeni müharibəyə hazırlaşdığını bildirib:

“ABŞ və İran arasında davam edən hərbi- siyasi böhran fonunda diplomatik danışıqlar da davam edir. Həm Qətər, həm Pakistan vasitəçilik etdiyi günlərdə İranın da Amerikaya təklifləri oldu. Onlar təklif edir ki, Hörmüzü aça bilər amma limanlara qarşı blokadanı aradan qaldırsınlar amma ABŞ bu təklifi qəbul etmədi. ABŞ İrandan nüvə proqramından tamamilə əl çəkməsini tələb edir. Amerikanın Yaxın Şərqdə İran ətrafına yeni şəxsi heyət və bombardmançı təyyarələr göndərməsi və diplomatları təxliyə etməsi hesab edirəm ki, İrana qarşı siyasi təzyiq, həm də seçkilərdən sonra yeni hərbi əməliyyatları başlatmaq üçündür. Amerika qoşunları Trampın əmrini gözləyir. İran da öz mövqeyində prinsipiallıq göstərir amma region ölkələri xüsusilə Türkiyə, Pakistan, Qətər, Misir çalışır ki, ABŞ – İran müharibəsi baş verməsin, proses sülh şəraitində başa çatsın”