Kosmosa uçuşlar elmin inkişafı və bəşəriyyətin tərəqqisi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu barədə rusiyalı kosmonavt, Rusiya Qəhrəmanı İvan Vaqner Kirov şəhərində məktəblilər üçün keçirdiyi mühazirə zamanı danışıb.
Kosmonavt bildirib ki, elmin inkişafı və bəşəriyyətin irəliyə doğru hərəkəti üçün kosmik uçuşlar davam etdirilməlidir.
Vaqner kosmosun tədqiqini böyük coğrafi kəşflərlə müqayisə edib. Onun sözlərinə görə, keçmişdə yeni ərazilərin və marşrutların kəşfi insanlığın dünyagörüşünü genişləndirdiyi kimi, kosmik tədqiqatlar da yeni biliklərin əldə edilməsinə və elmi tərəqqiyə şərait yaradır.