Azərbaycan və Keniya arasında yeni əməkdaşlıq imkanlarını müzakirə edirik.
Trend-in müxbiri xəbər verir ki, bu fikirləri bazar ertəsi Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı Mədəniyyət və Media Dialoqu Platformasının “Sülh dili və dezinformasiya ilə mübarizə” mövzusunda xüsusi sessiyasında deyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsində maraqlıdır.
“Sovet dövründə Afrika ölkələrindən Azərbaycana çoxlu sayda tələbə gəlirdi. Biz Afrika ölkələri ilə viza prosedurlarının sadələşdirilməsi istiqamətində çalışırıq”, – deyə H.Hacıyev qeyd edib.