Azərbaycanda ev dekorasiyası və tekstil məhsulları ilə tanınan yerli brend "Zel home" bağlanır.
Bakupost.az-a istinadla, mağazalar şəbəkəsinin yaradıcısı Selcan Əli brendin bir ay ərzində fəaliyyətini tamamilə dayandıracağını açıqlayıb.
Qeyd edək ki, son illərdə şəbəkənin bir neçə mağazası da ardıcıl bağlanıb.
Xatırladaq ki, özünəməxsus dizaynı ilə seçilən "Zel home" təxminən 15 ildir bazarda idi.