Yəhudi əməli “Waze” qadağan olundu

Malayziya hökuməti dövlət qulluqçularına İsrail mənşəli olan “Waze” naviqasiya xidmətindən istifadəni qadağan edib.

“Reuters”in məlumatına görə, hökumət tərəfindən ayrı-ayrı dövlət idarələrinin rəhbərlərinə göndərilən məktublarda “Waze”dən istifadənin informasiya təhlükəsizliyi baxımından problemlər yaratdığı bildirilib. “Dövlət qulluqçularının şəxsi məlumatları İsrail rejiminin əlinə keçə bilər”,- deyə məktubda vurğulanır.

Qeyd edək ki, 2008ş-ci ildə İsraildə Ehud Şabtay, Uri Levin və Amir Şeynar tərəfindən yaradılan “Waze” tətbiqi hazırda ABŞ-nin “Alphabet” şirkətinə məxsusdur.