Ermənistan azan çobanı qaytardı

Ermənistan sərhədi keçmiş Azərbaycan vətəndaşını Bakıya təhvil verib.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Tavuş istiqamətində sərhədi keçmiş Qasımov Yaşar Əli oğlu oktyabrın 24-də Azərbaycanın müvafiq orqanlarına verilib.