Tanınmış aktyor vəfat etdi

Amerikalı aktyor, səsləndirmə və dublyaj ustası Erik Bauza vəfat edib.

46 yaşlı aktyor ötən gün evində dünyasını dəyişib.

Onun ölümünə səbəb hipertenziv ürək xəstəliyi olub.

Erik Bauza "Şən melodiyalar" cizgi serialında "Bugs Bunny", "Daffy Duck", "Rik və Morti"də Qlen və Sisko, "Ren və Stimpi: Böyüklər üçün əyləncə"də Stimpi və "Çəkməli pişiyin macəraları"nda Çəkməli pişik obrazlarını səsləndirməsi ilə tanınıb.

Qeyd edək ki, aktyor "Animasiya proqramında ən yaxşı səsləndirmə" kateqoriyasında beş dəfə "Emmi" mükafatına namizəd olub, "Şən melodiyalar"dakı işinə görə isə üç dəfə sözügedən mükafata layiq görülüb.