Niderland xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirmək məqsədilə etimadın qurulması istiqamətində tədbirləri dəstəkləyir.
Bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bu çərçivədə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya vasitəsilə meyit qalıqlarının eyniləşdirilməsi və yerinin müəyyənləşdirilməsinə kömək məqsədilə yeni maliyyə dəstəyinin ayrıldığını elan edib.