"Azərbaycan-Ermənistan sülh prosesində hər iki ölkə praqmatik addımlar atmalıdır".
Bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bu sahədə etimadın gücləndirilməsini dəstəklədiklərini bildiriblər: “Daimi sülhün əldə edilməsi regionda yeni iqtisadi imkanlara səbəb olacaq”.