Həcc ziyarəti üzrə kvotanın 16 faizi artıq tamamlanıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, kvotanın tam dolması, təxminən gələn ilin yanvar ayına gözlənilir.
Qeyd edək ki, QMİ bir nəfər üçün ziyarət paketinin qiymətini ötən ildə olduğu kimi 6100 ABŞ dolları müəyyən edib. Qiymətin az miqdarda artma ehtimalı da istisna deyil. Ziyarət, həmişə olduğu kimi vahid formada təşkil ediləcək və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Fəridə, Bizim.Media