Həyətə cadu basdıranda tutuldu -VİDEO

Şamaxıda bir qadının başqasının həyətinə naməlum əşya yerləşdirməyə cəhd etdiyi iddia olunur.

Patrul.az-ın məlumatına görə, qadın bu əməli törədərkən sözügedən həyətin sahibi tərəfindən yaxalanıb.

Əskiyə bükülmüş həmin naməlum əşya isə ev sahibinin əlinə keçib.

Qadının bu addımı sehr-cadu məqsədilə atdığı ehtimal edilir.

Redaksiyamıza daxil olan görüntüdə saxlanılan qadın vətəndaşın həyətinə icazəsiz daxil olduğunu və əraziyə müdaxilə etdiyini etiraf edib.

Bununla kifayətlənməyərək, yaşlı qadının həyət sahibindən əşyanın geri qaytarılmasını tələb etməsi və onu yenidən başqa bir yerə yerləşdirəcəyini bildirməsi isə xüsusilə narazılıq doğuran məqamdır.

Qeyd edək ki, qanunvericilikdə başqasının həyətinə icazəsiz daxil olmaq və oraya hər hansı yad əşya yerləşdirmək mənzil toxunulmazlığının və mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir.

Instagram paylaşımıinstagram.com/reel/De9Op8hyp27/