Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Qeyd edilib ki, paytaxtın Suraxanı rayonunun Cavid Cabbarzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar 5 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil olunub.
"106, 141, 168 və 169 nömrəli marşrutlar Heydər Əliyev prospekti, 214A nömrəli marşrut isə 25-ci Bülbülə küçəsi ilə hərəkət edir", - deyə əlavə edilib.