Astanada keçirilən güləş üzrə dünya çempionatında yunan-Roma güləşçilərimiz növbəti görüşlərini keçiriblər.
63 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli 1/8 finalda norveçli Morten Toreseni tam üstünlüklə (11:0) məğlub edərək 1/4 finala yüksəlib.
67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov da 1/4 finala yüksəlib. O, 1/8 finalda Aleksandr Xryuşini (Ukrayna) 7:1 hesabı ilə məğlub edib. Cəfərov 1/4 finalda Han Jae Chung (Cənubi Koreya) ilə qarşılaşacaq.
87 kq-da mübarizə aparan İslam Abbasov isə 1/8 finalda bolqarıstanlı Olimpiya çempionu Semyon Novikova 5:6 hesabı ilə uduzaraq dünya çempionatında çıxışını başa vurub.
Mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.