İllər ərzində Niderlanddan Azərbaycana 1,3 milyard dollar investisiya qoyulub.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə bazar ertəsi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, iki ölkə arasında olan ticarət dövriyyəsi keçən ilin nəticələri üzrə 325 milyon ABŞ dolları həcmində idi
"Eyni zamanda, qarşılıqlı investisiyalar rəqəmlərinə baxanda burada daha yüksək rəqəmlər görürük. İllər ərzində Azərbaycandan Niderlanda 1,6 milyar dollar, Niderlanddan Azərbaycana isə 1,3 milyard dollar investisiya qoyulub. Burada da biz faydalı və balanslı yanaşmanın şahidi oluruq".