Venesuela müxalifətinin lideri, 2025-ci il Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado 10 aydan çox ölkədən kənarda qaldıqdan sonra vətəninə qayıdıb.
Bu barədə “BBC” məlumat yayıb.
Maçado 7 dekabr 2025-ci ildə gizli şəkildə tərk etdiyi Venesuelaya geri dönüb. O, paytaxt Karakasda tərəfdarları tərəfindən coşqu ilə qarşılanıb.
Maçado ötən gün “X” hesabında bu sözləri yazıb: “Mən buradayam. Sizinləyəm”.
Maçadonun ölkəyə qayıtdıqdan sonra atacağı növbəti addımlar hələlik məlum deyil. O, daha əvvəl seçki keçirildiyi təqdirdə yenidən prezidentliyə namizəd olacağını açıqlamışdı.
Qeyd edək ki, Maçadonun Venesuelaya qayıtmaq üçün dəfələrlə cəhd etdiyi, lakin hər dəfə rədd cavabı aldığı bildirilib. ABŞ-ın onun qayıdışını gecikdirdiyinə dair iddialar isə Vaşinqton tərəfindən təkzib edilmişdi.