Moskvada Qaz İxrac edən Ölkələr Forumunun (GECF) 28-ci Nazirlər Görüşündə qlobal qaz bazarındakı çağırışları, təbii qazın enerji təhlükəsizliyində artan rolunu və sektora investisiyaların əhəmiyyəti müzakirə edilib.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Artan enerji tələbatı və sürətli elektrikləşmə fonunda qaz sektoruna investisiyaların əhəmiyyətini vurğuladıq. Azərbaycanın qaz hasilatı və ixrac potensialının artırılması, enerji təchizatının şaxələndirilməsi və etibarlı enerji tərəfdaşlıqlarının inkişafı istiqamətində həyata keçirdiyi siyasəti diqqətə çatdırdıq”, – nazir qeyd edib.