Tramp ABŞ və Kanadanın bir neçə ay ərzində ticarət sazişi imzalaya biləcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp Kanada ilə yeni ticarət sazişinin yaxın bir neçə ay ərzində imzalana biləcəyini açıqlayıb.

Tramp bu barədə “Fox 2” telekanalına müsahibəsində danışıb.

“Bəlkə də, söhbət bir neçə aydan gedir. Ola bilsin, bu, daha tez, hətta Konqresə aralıq seçkilərindən əvvəl baş versin”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp Vaşinqtonun məqsədinin tələsik deyil, ölkənin uzunmüddətli iqtisadi maraqlarına uyğun razılaşma əldə etmək olduğunu vurğulayıb.

“Mən düzgün saziş bağlamaq istəyirəm. Qısamüddətli deyil, uzunmüddətli perspektivdən çıxış edən insanam. Razılaşma əldə olunanda bu, Amerika üçün əla saziş olacaq”, – deyə o əlavə edib.