Antonelli ABŞ Qran-prisinin qalibi oldu. Hemilton dördüncü, Rassell səkkizinci yeri tutdu
“Mercedes” komandasının italiyalı pilotu Andrea Kimi Antonelli Texas ştatının Ostin şəhərində keçirilən ABŞ Qran-prisinin qalibi olub. İkinci yeri “Ferrari” komandasının monakolu pilotu Şarl Lekler tutub. Dördqat dünya çempionu, “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen isə finiş xəttini üçüncü keçib.
Yarışın növbəti mərhələsi oktyabrın 30-dan noyabrın 1-dək Meksikada keçiriləcək.