“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill “Bornmut”a məğlubiyyətdən sonra baş məşqçi Maykl Kerrikin istefaya göndərilə biləcəyini bildirib.
“Qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının səkkizinci turunda evdə “Bornmut”a 0-3 hesabı ilə uduzub.
Nevill “Sky Sports”a bildirib:
“Sabah həmin iki nəfər (Omar Berrada və Ceyson Uilkoks) çox güman ki , “Mançester Yunayted” azarkeşlərini iyrəndirəcək bir qərar verəcəklər – amma bu, yəqin ki, zəruridir. Bütün bunlar tamamilə xaosdur”.
“Mançester Yunayted”in keçmiş oyunçusu azarkeşlərin Kerriki sevdiyini və onu “özlərindən biri” hesab etdiyini, sahiblərinin və idman rəhbərliyinin isə klubu ciddi şəkildə məyus etdiyini qeyd edib.
“Bornmut”a məğlubiyyətdən sonra “Mançester” ardıcıl səkkiz oyunluq qələbəsiz seriyasını davam etdirir. “Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində yeddi xalla 16-cı yerdədir.