Səudiyyə Ərəbistanına atılan 10 ballistik raket zərərsizləşdirildi

Səudiyyə Ərəbistanının cənub bölgələrinə husilər tərəfindən atılan 10 ballistik raket havada məhv edilib.

APA-ya istinadən, bu barədə Yəməndə fəaliyyət göstərən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın rəsmi nümayəndəsi, general-mayor Turki əl-Maliki məlumat verib.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri raketlərin qarşısını alaraq onları zərərsizləşdirib.

Bildirilib ki, bundan əvvəl, oktyabrın 25-də səhər saatlarında Ər-Riyada istiqamətlənən ballistik raket və Xamis-Muşayt şəhərini hədəf alan qanadlı raket də məhv edilib.

Hücumlar nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat verilməyib.