İtaliyada da etirazlar davam edir: 43 nəfər saxlanıldı

İtaliyanın bir neçə şəhərində hökumət siyasətinə, yüksək yanacaq qiymətlərinə və inflyasiyaya, eləcə də müharibə iqtisadiyyatına etiraz edən nümayişlər keçirilib.

Bu barədə ölkə mətbuatı məlumat yayıb.

Bildirilib ki, ölkənin Turində, eləcə də Bolonya və Florensiya kimi şəhərlərində insidentlər və polislə toqquşmalar qeydə alınıb.

Polis etirazçıları dağıtmaq üçün su borularından və gözyaşardıcı qazdan istifadə edib. Digər tərəfdən, üzərlərində təhlükəli əşyalar aşkarlanan 43 nəfər saxlanılıb.